AZ

La Liqanın bombardiri VII divizion klubunda

İspaniya millisinin sabiq futbolçusu Daniel Quiza VII divizion klubu “Rayo Sanlukenyo” ilə müqavilə imzalayıb.

Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

44 yaşlı ispaniyalı futbolçu ilə anlaşmanın müddəti bir illikdir.

Karyerası ərzində “Fənərbağça”, “Barselona”, “Kadis”, “Mayorka” və “Xetafe”nin formasını geyinmiş Quizanın son iş yeri İspaniyanın V divizionunda çıxış edən “Rotena” komandası olub. O, 2007-08 mövsümündə 27 qolla İspaniya La Liqasının bombardiri olub.

Qeyd edək ki, Daniel Quiza İspaniya millisində meydana çıxdığı 21 oyunda 6 qolla yadda qalıb.

Seçilən
13
msport.az

1Mənbələr