AZ

Zehni rahatlatmaq üçün qısa fasilə fikirləri

Müasir həyat tərzində gün ərzində sürətlə qərar vermək və düşünmək zəruri olur. Bu isə zehni yorğunluğa səbəb ola bilər. Beyni yenidən tarazlamaq üçün gün ərzində kiçik fasilələrə ehtiyac duyulur.


Pravda.az gündəlik həyatınızda tətbiq edə biləcəyiniz bir neçə sadə üsulları təqdim edir:


Dərin nəfəs alın


Dərin nəfəs almaq sinir sisteminə “hər şey qaydasındadır” mesajı verir. Bir neçə dəqiqəlik nəfəs məşqləri stressi azaldır, fikri toparlayır və diqqəti artırır.


Qısa gəzinti edin


10 dəqiqəlik piyada gəzinti belə zehni rahatlaşdırır. Parka getmək mümkün deyilsə, yaxın ərazidə gəzmək də effektlidir.


Sevdiyiniz musiqiyə qulaq asın


Ən çox sevdiyiniz mahnını dinləmək stressi azaldır, beyindəki mükafat sistemini aktivləşdirir və günə daha pozitiv davam etməyə kömək edir.


Fikirlərinizi kağıza yazın


Zehni qarışıqlıq hiss etdikdə düşüncələrinizi senzurasız şəkildə yazmaq beyninizdəki yükü azalda bilər.


Yazmaq çətindirsə, qaralayın


Sözlərlə ifadə etmək çətindirsə, sərbəst qaralama və ya şəkil çəkmək də yaradıcılığı artırır və zehni sakitləşdirir.


Əminə Bayramova 

Tarix: 30 İyul 2025, 12:30   
Seçilən
15
1
pravda.az

2Mənbələr