AZ

Güclü zəlzələ zamanı həkim əməliyyatı dayandırmayıb - Video

Güclü

Kamçatka sahillərində baş verən 8,8 bal gücündə zəlzələnin əks-sədaları davam edir. Kamçatka Onkoloji Mərkəzinin tibb işçiləri zəlzələ zamanı əməliyyat həyata keçiriblər.

Reyting.az
xəbər verir ki, əməliyyat zamanı güclü zəlzələdən əziyyət çəkən Rusiyanın tibb işçiləri təmkinlərini qoruyub və əməliyyatlarına davam ediblər.

Mərkəzdən çəkilmiş təhlükəsizlik kamerası görüntülərdə cərrahiyə əməliyyatı zamanı güclü sarsıntı müşahidə olunur və cərrahi qrup soyuqqanlılığını qoruyub saxlayır.

Kamçatkanın səhiyyə naziri Oleq Melnikov sosial şəbəkədə yazıb:

“Təhlükəyə baxmayaraq, həkimlər xəstənin yanında qaldılar. Xəstənin vəziyyəti hazırda yaxşıdır. Mütəxəssislərimizə peşəkarlıqlarına və stres altında dayanıqlılığına görə heyranam və təşəkkür edirəm”.



V. QULİYEV
Seçilən
3
reyting.az

1Mənbələr