AZ

"Liverpul"un vingeri "Bayern Münhen"ə keçdi - RƏSMİ

"Bayern Münhen" heyətinə yeni vinger qatıb.

Fanat.Az xəbər verir ki, informasiyanı Almaniya nəhənginin rəsmi saytı yayıb.

Sözügedən klub "Liverpul"un kolumbiyalı ulduzu Luis Diası rənglərinə bağlayıb. 28 yaşlı cinah hücumçusu 4 illik müqaviləyə imza atıb.

Daha öncə yerli mətbuat bu keçidin "Bayern"ə 75 milyon avroya başa gəldiyini açıqlayıb. İngiltərə nəhənginin Diasın satışından əldə etdiyi gəliri "Nyukasl"ın forvardı Aleksander İsakın transferinə yönəldəcəyi bildirilib.

Xatırladaq ki, Dias "Liverpul"a 2022-ci ildə "Portu"dan transfer olunmuşdu. Ötən mövsüm bütün turnirlərdə 50 matça çıxan ön xətt oyunçusu 17 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 70 milyon avro ilə dəyərləndirir.

Nihat

Seçilən
8
fanat.az

1Mənbələr