Nigeriyalı hücumçu Viktor Osimhen bu gün İstanbulda olacaq.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı forvard tibbi baxışdan keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq. 

"Qalatasaray" rəhbərliyi o və Leroy Sane üçün "Rams Park"da təqdimat mərasimi keçirməyi planlaşdırır.

Osimhen Türkiyə futbol tarixinin ən bahalı transferi olub.

O, ötən mövsümü də icarə əsasında "Qalatasaray"da keçirmişdi. Nigeriyalı burada 43 oyuna 37 qol vurmağı bacarıb.