AZ

Keçid balları öncədən proqnozlaşdırıla bilərmi? - DİM rəsmisindən AÇIQLAMA

Keçid ballarının artıb-azalması məsələsi hər zaman ictimaiyyətin diqqət mərkəzində olub. Lakin bu rəqəmlərin əvvəlcədən dəqiq proqnozlaşdırılması mümkün deyil.

Olaylar.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Aparat rəhbəri Vəfadar Misirov danışıb.

Keçid balları müsabiqə nəticəsində formalaşır və bu proses bir çox faktordan asılıdır

"Əslində keçid ballarının necə olacağı yalnız abituriyent jurnalı dərc edildikdən sonra müəyyən qədər proqnozlaşdırıla bilər. Yəni hansı ixtisas qrupunda, hansı ixtisas üzrə rəqabətin necə formalaşacağına dair ümumi təsəvvür yaranır. Amma bu da tam dəqiq deyil".

Hər il müəyyən ixtisaslar üzrə rəqabət daha yüksək olur

"III ixtisas qrupunda hüquq, IV qrupda tibb, I qrupda isə kompüter elmləri və informasiya texnologiyaları sahələri üzrə qəbul hər zaman ciddi rəqabət tələb edir. Bu ixtisaslarda keçid ballarının yüksək olması təbiidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
5
olaylar.az

6Mənbələr