"Adidas" 2025-ci ilin ikinci rübünə dair maliyyə nəticələrini açıqlayıb.
Valyuta.az xəbər verir ki, şirkət satışların analitiklərin gözləntilərindən aşağı olduğunu, ABŞ-də tətbiq edilən yeni tariflərin isə ilin ikinci yarısında təxminən 200 milyon avro (231 milyon dollar) əlavə xərc yaradacağını bildirib.
Bu açıqlamadan sonra şirkətin səhmləri 7,5% dəyər itirib.
Məlumata görə, xalis satışlar 2,2% artaraq 5,95 milyard avroya çatsa da, 6,2 milyard avro olan proqnozun gerisində qalıb.
Əməliyyat mənfəəti 546 milyon avro təşkil edərək, 520 milyon avro səviyyəsindəki proqnozu üstələyib. Ümumi mənfəət marjası 51,7%-ə çatıb.
Şirkət tarif riskləri və valyuta dəyişiklikləri səbəbilə illik proqnozunu artırmaqdan imtina edib.
Eyni zamanda "Adidas"ın əsas istehsal mənbələri olan Vyetnam (27%) və İndoneziya (19%) yeni ABŞ tariflərindən təsirlənib. Şirkət tarif artımına qarşı ABŞ-a məhsul tədarükünü öncədən artırıb, nəticədə anbar ehtiyatları 5,26 milyard avro səviyyəsinə yüksəlib.
Sərvanə Rəmixanova