AZ

Uşaqlarda beyin inkişafı niyə vacibdir?

Uşağın həyatının ilk 8 ili beynin sürətli inkişaf dövrüdür və gələcəkdə öyrənmə, sağlamlıq və uğur üçün əsasdır. Beyin inkişafına genetik faktorlarla yanaşı, düzgün qidalanma, infeksiyalardan qorunma və sosial mühit də təsir edir.


Pravda.az bildirir ki, hamiləlikdən başlayaraq düzgün və balanslı qidalanma, xüsusilə fol turşusu, dəmir, zülal və omeqa-3 yağ turşuları — sağlam sinir sisteminin formalaşmasına dəstək olur. Bu dövrdə qidalanma çatışmazlığı məktəb və yetkinlik dövründə zehni və davranış problemlərinə yol aça bilər.


Xatırlatma: Qidalanmaya diqqət etməklə yanaşı, uşağın ətraf mühitlə müsbət qarşılıqlı əlaqəsi də beyin inkişafını gücləndirir.


Əminə Bayramova 

Tarix: 30 İyul 2025, 12:19   
Seçilən
40
pravda.az

1Mənbələr