ING analitiki Francesco Pesole bildirib ki, Avro Bölgəsi ilə ABŞ arasında iqtisadi artım fərqi dolların xeyrinə olarsa, avro dəyər itirməyə davam edəcək.
News24.az xəbər verir ki, Fransa ikinci rübdə 0,3%-lik təvazökar artımla gözləntiləri üstələyib. Almaniyanın rüblük iqtisadi göstəriciləri bu gün saat 11:00-da, ABŞ-ın isə saat 15:30-da açıqlanacaq.
Pesole qeyd edib ki, ABŞ-ın göstəriciləri Avro Bölgəsini üstələyərsə, avronun 1,15 dolların altına düşməsi mümkündür. Bu, ING-nin avronun üçüncü rübdə zəifləyəcəyi, lakin dördüncü rübdə 1,18 dollara qədər bərpa olunacağı proqnozları ilə uzlaşır.
Hazırda avro 1 ayın minimumu olan 1,1515 dollara çatdıqdan sonra 0,1% artaraq 1,1560 dollara yüksəlib.
Xeyrənsə Piriyeva