AZ

Kamçatkadan Yaponiyaya: Dağıdıcı sunami dalğaları balinaları sahilə atdı

Kamçatka (Rusiya) zəlzələsindən sonra yaranan sunami dalğaları Yaponiya sahillərinə çataraq ciddi fəsadlar törədib. Güclü dalğalar üç balinanı sahilə atıb.

Bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.

Videoda həmçinin görünür ki, Hokkaydo əhalisi güclü sunaminin gəlişini binaların damlarında gözləyirlər.
 


 

Yaponiyanın Milli Meteorologiya İdarəsinin məlumatına görə, sunami dalğaları ölkənin mərkəzi, şimal-şərq və şimal hissəsində yerləşən azı səkkiz prefekturada gözlənilir. Əhaliyə sahil xəttinə yaxınlaşmamaq barədə xəbərdarlıq edilib.


Xatırladaq ki, bu gün yerli vaxtla saat 11:24-də (Bakı vaxtı ilə 3:24) Sakit okeanda Kamçatka yaxınlığında 8.7 bal gücündə zəlzələ baş verib. Təkanların episentri Petropavlovsk-Kamçatskdan 161 km şərqdə, 32 km dərinlikdə yerləşib. Bu, 1952-ci ildən bəri regionda baş verən ən güclü zəlzələdir. Sunami təhlükəsi elan edilib, dörd metrə qədər hündürlükdə dalğalar qeydə alınıb. Artıq bir neçə nəfər xəsarət alıb, hələ ki itki yoxdur.


Çili, Meksika, Çinin şərq sahillərində, Tayvanda, həmçinin ABŞ-nin Kaliforniya və Oreqon ştatlarında sunami təhlükəsi elan edilib.

 


Seçilən
22
7news.az

1Mənbələr