AZ

D vitamini çatışmazlığı xərçəng yaradır – XƏBƏRDARLIQ

Həkimlər xəbərdarlıq edirlər ki, D vitamini çatışmazlığı orqanizm üçün ciddi fəsadlara səbəb ola bilər.

Bizim.Media xəbər verir ki, bu vitaminin azlığı ürək-damar xəstəlikləri, bəzi onkoloji xəstəliklər və sümük-əzələ sistemi problemlərinin yaranma riskini artırır. Ancaq əlamətləri tez-tez ümumi narahatlıq kimi göründüyündən vaxtında fərqinə varmaq çətin ola bilər.

D vitamini nə üçün vacibdir?

D vitamini immun sisteminin fəaliyyəti, enerji səviyyəsinin qorunması, insulin tənzimlənməsi və sümüklərin, dişlərin, əzələlərin sağlamlığı üçün həyati əhəmiyyət daşıyır. Onun çatışmazlığı zamanı orqanizm təhlükəyə siqnal versə də, bunu dərhal anlamaq çətin olur.

D vitamini çatışmazlığını göstərən 5 əsas əlamət

Davamlı yorğunluq və zəiflik normal yuxuya baxmayaraq insan daim özünü taqətsiz hiss edir.
 

Həddindən artıq əsəbilik, narahatlıq, əhval dəyişiklikləri bu, sinir sistemində neyromediator balansının pozulması ilə əlaqəli ola bilər. Saç tökülməsinin artması xüsusilə qadınlarda bu, ilk xəbərdaredici əlamətlərdən biri ola bilər.


Əvvəllər ağrımayan oynaqlarda ağrılar hərəkət zamanı və ya istirahətdən sonra ortaya çıxan narahatlıq. Dəri problemləri iltihab, sızanaq, qıcıqlanma. Dəri daha həssas olur və gec sağalır.

Kimlər risk altındadır?

D vitamini çatışmazlığına yaşlı insanlar, artıq çəkidən əziyyət çəkənlər və günəş şüaları ilə az təmasda olan şəxslər daha çox məruz qalır. Bu vitaminin əsas mənbəyi günəşdir. Dəriyə düşən ultrabənövşəyi şüalar vasitəsilə sintez olunur.

Nə etmək lazımdır?

Əgər yuxarıda sadalanan əlamətlər sizdə müşahidə olunursa, mütləq həkimə müraciət edin və zərurət olduqda D vitamini səviyyəsini müəyyən etmək üçün analiz verin. Beləliklə, vaxtında müdaxilə edərək ciddi fəsadların qarşısını almaq mümkündür. (Lent.az)

Bizim.Media

Seçilən
16
bizim.media

1Mənbələr