Almaniyanın "Bavariya" klubu İngiltərə "Liverpul"unun futbolçusu Luis Diası transfer edib.
Teleqraf Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, kolumbiyalı cinah yarımmüdafiəçisi ilə 4 illik müqavilə bağlanılıb.
28 yaşlı vingerdən ötrü qarşı tərəfə 75 milyon avro ödənilib. "Liverpul" əldə etdiyi bu vəsaitlə "Nyukasl"dan Aleksander İsakı almağa çalışacaq.
Qeyd edək ki, Luis Dias "Liverpul"a 2022-ci ildə Portuqaliya "Portu"sundan keçib. Ötən mövsüm o, 50 oyunda 17 qol və 8 məhsuldar ötürmə müəllifi olub. Transfermarkt Diasa 70 milyon avro qiymət qoyub.