AZ

DYP görüntüləri yayılan sürücü və sərnişinlə profilaktik söhbətlər aparıb (VİDEO)

Bakı. Trend:

Bir sıra media resurslarında “Mercedes” markalı nəqliyyatvasitəsində sərnişinin hərəkət zamanı ayaqlarını avtomobilinpəncərəsindən çölə çıxarmasına dair yayılan videogörüntüləraraşdırılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, araşdırmalarlanəqliyyat vasitəsinin sürücüsü Anar Sadıxzadə və sərnişini FəridMikayılov müəyyən olunaraq dəvət ediliblər.

Bildirilib ki, onlarla profilaktik söhbətlər aparılıb və qaydapozuntusuna görə barələrində qanunvericiliyə uyğun tədbirlərgörülüb.

“Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, bu kimiməsuliyyətsiz davranışlar nəinki avtomobildə olan şəxslərin, eynizamanda digər hərəkət iştirakçılarının da həyat və sağlamlığı üçüntəhlükə yaradır. Qanunvericiliyin tələblərinə yalnız sürücülərdeyil, sərnişinlər də əməl etməli, hər bir yol hərəkəti iştirakçısışəxsi təhlükəsizliyinə biganə yanaşmamalıdır”, - deyə məlumatdaqeyd edilib.

Seçilən
18
az.trend.az

1Mənbələr