AZ

“Sabah”ın oyununa nə qədər bilet satılıb?

UEFA Avropa Konfrans Liqasının  II təsnifat mərhələsinin Bakıda keçiriləcək “Sabah” – “Petrokub” (Molodova) matçına satılan biletlərin sayı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, klubun mətbuat xidmətinin verdiyi məlumata əsasən 5000 bilet satılıb.

“Bank Respublika Arena”da keçiriləcək matçın biletlrəinin qiyməti müvafiq olaraq 2, 4, 5 manat təşkil edir.

Azarkeşlər biletləri “iTicket.az”ın satış məntəqələrindən (iTicket.az-da onlayn satış), həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, “Sabah” – “Petrokub” matçı iyulun 31-də “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək.

Seçilən
3
2
qafqazinfo.az

3Mənbələr