AZ

Aİ ölkələri bu səbəbdən milyardlarla dollar kredit istəyir

“Politico”nun yaydığı məlumata görə, bir sıra Avropa İttifaqı ölkələri Ukraynaya silah alınması üçün çoxmilyardlıq kredit tələbi ilə Aİ-yə müraciət etməyi planlaşdırır. Məqsəd həm Ukraynaya hərbi yardım göstərmək, həm də Aİ ölkələrinin öz müdafiə qabiliyyətini gücləndirməkdir.

News24.az xəbər verir ki, bu təşəbbüs, Avropa Komissiyasının “Rearm Europe” strategiyası çərçivəsində mart ayında təqdim etdiyi SAFE (Security Assistance for Europe) proqramı vasitəsilə reallaşdırılacaq. Proqram çərçivəsində 150 milyard avro vəsaitin silah istehsalı üçün cəlb edilməsi, əlavə olaraq üzv dövlətlərin büdcəsindən 650 milyard avronun ayrılması nəzərdə tutulur.

Məlumata görə, Fransa kredit üçün müraciət etməyə hazırlaşır, Almaniya, İsveç və Hollandiya isə tələbləri azaldacaq. Avstriya və İtaliya kredit götürməyə maraq göstərmir. Artıq Belçika, Bolqarıstan, Kipr, Çexiya, Estoniya, İspaniya, Finlandiya, Macarıstan və Litva bu məqsədlə kredit tələb edib.

SAFE proqramı həmçinin Avropanın ABŞ-a hərbi asılılığını azaltmağı, ortaq silah alışı ilə daha sərfəli qiymətlərə nail olmağı və Ukraynaya daha çox silah çatdırılmasını hədəfləyir. Aİ ölkələri Ukrayna istehsalçılarından birbaşa hərbi məhsul almaq imkanlarını da nəzərdən keçirir.

Avropa Komissiyası kreditlərin 45 ildən artıq müddətdə və ümumi məbləğin 15%-i qədər ilkin ödənişlə qaytarılmasını təklif edir. Ukraynalı diplomatların fikrincə, bu model Ukraynanın müdafiə sənayesini və Aİ ilə texnoloji əməkdaşlığını genişləndirməyə kömək edəcək.

Xeyrənsə Piriyeva

Seçilən
67
news24.az

1Mənbələr