AzVision.az xəbər verir ki, Amerikanın “Foreign Affairs” jurnalının yazdığına görə, bu, müəyyən mənada Çinin Ukrayna münaqişəsinə “dualist” yanaşması ilə bağlıdır.
Jurnalın iddiasına görə, müharibə başlayandan üç ildən çox vaxt keçməsinə baxmayaraq, xarici siyasət və güc strukturlarının məmurları, tədqiqatçılar və ekspertlər də daxil olmaqla, Çinin strateji camiəsininüzvləri hələ də kimin günahkar olması və Pekin liderlərinin buna nexə reaksiya verməsi məsələsindərazılığa gələ bilmirlər. Çin sosial şəbəkələrindərusiyapərəst və ukraynapərəst tərəfdarlar arasında qızğın mübahisələr gedir.
“Çinin Ukraynadakı müharibə ilə bağlı birmənalı olmayan mövqeyi Pekindəki daxili parçalanmanı əks etdirir. Söhbət təkcə müxtəlif mövqe düşərgələri arasında fikir ayrılığından getmir; əksər siyasətçilər hər iki nöqteyi-nəzəri qəbul edir və bunlardan birini digərinin hesabına tam dəstəkləmək istəmirlər”,- nəşr yazır.
“Foreign Affairs” bildirir kii, Çin 2022-ci ilin fevralında münaqişə başlayana qədər həm Rusiya, həm də Ukrayna ilə dostluq münasibətlərini saxlayıb. Müharibə gedən müddətdə isə hər iki ölkə ilə ticarəti davam etdirib.
-Bir çox qərbli müşahidəçilər Çinin Rusiya ilə əlaqələrinə xüsusi diqqət yetirir, lakin Çin Ukraynanın ən böyük ticarət tərəfdaşı olaraq qalır. Çin və Ukrayna arasında ikitərəfli ticarət 2024-cü ildə təxminən 8 milyard dollara çatıb”,- jurnal diqqətə çatdırır.
Eyni zamanda, Rusiya Çinin ümumi xarici siyasət strategiyasında hələ də daha mühüm yer tutur:iki ölkə arasında illik ticarət dövriyyəsi təxminən 250 milyard dollar təşkil edir.
Üstəlik, Qərb liderləri tez-tez Çin və Rusiyanı“avtokratiya mehvəri” nin bir hissəsi kimi birləşdirirlər ki, bu da Pekinin Qərb haqqında təsəvvürünü daha da sarsıdıb.
Məqalədə qeyd edilir ki, Qərb siyasətçiləri və ekspertləri Çin və Rusiya arasında“sərhədsiz tərəfdaşlığı” vurğulasalar da, bu ifadə onların münasibətlərinin mahiyyətini şişirdir. Bu ifadə əslində Pekinin Moskvanı necə qəbul etdiyini göstərməkdən daha çox ritorik fənddir.
“Çin nə gözləmədiyi, nə də xoş qarşılamadığı bir müharibədə neytral, hətta passiv qalmağa çalışdı. Amma bu yanaşma gərginliyi azaltmadı. Əksinə, Çinin istəyinin əksinə olaraq, müharibə böyük dövlətlər – Çin, Rusiya, ABŞ və Avropa arasında ziddiyyətləri daha da kəskinləşdirdi. Bu nəticədən heç kim, xüsusən də Ukrayna, qazanmadı”,- jurnalda dərc olunan məqalədə vurğulanır.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta