AZ

BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin 11 məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub

Bakı, 30 iyul, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin 11 məzunu ABŞ, Böyük Britaniya, İtaliya, Polşa, Estoniya və Türkiyənin nüfuzlu universitetlərinin magistraturasına qəbul olub. Onların sırasında Corc Vaşinqton Universiteti, Avila Universiteti, Varvik Universiteti, Sapienza Universiteti, Messina Universiteti, Vistula Universiteti kimi ali təhsil ocaqları yer alır.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

BDU məzunları təhsillərini informasiya təhlükəsizliyi və kompüter elmləri ixtisasları üzrə davam etdirəcəklər. Tələbələrin qəbul olduqları universitet və ixtisaslar onların yüksək akademik göstəricilərini, tətbiqi riyaziyyat və kibernetika sahəsində peşəkar hazırlıq səviyyələrini nümayiş etdirir. Bu nailiyyətlər həm də BDU-da kompüter elmləri üzrə təhsilin beynəlxalq standartlara uyğun təşkil edildiyini və məzunların qlobal rəqabətə hazır olduğunu göstərir.

Seçilən
81
1
azertag.az

2Mənbələr