Slovakiya 2024-cü ildə gəlməsi nəzərdə tutulan 16 Zuzana 2 haubitsasından yeddisini Ukraynaya çatdırmayıb. Bu barədə Slovakiyanın “Aktuality” nəşri mənbələrə istinadən məlumat yayıb.
Almaniya, Danimarka və Norveç tərəfindən maliyyələşdirilən 92 milyon avroluq müqavilə 2023-cü ildə Slovakiya Müdafiə Nazirliyində rəhbər dəyişikliyindən sonra gecikmələrlə üzləşib. Nəşr Ukrayna müəssisəsi ilə əməkdaşlığın pozulmasına və "departamentin mübahisəli qərarlarına" işarə edir.
İlk iki haubitsa 2023-cü ilin avqustunda təhvil verildikdən sonra Kiyev 2025-ci ilin əvvəlinə qədər daha dörd, apreldə isə üç ədəd aldı. Qalan yeddi sistem hələ də təhvil verilməyib.
Fevral ayında Dennikn bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələri üçün istehsal olunan 155 mm-lik Zuzana 2 haubitsa Slovakiyada sınaq atışları zamanı partlayıb. Hadisə nəticəsində bir texnik yüngül, ikincisi isə daha ağır xəsarətlər alıb, hər ikisi huşunu itirib. Müstəntiqlər partlayışın döyüş sursatı və ya silahın özünün texniki nasazlığı nəticəsində baş verdiyini müəyyən etməli idilər.
Əziz Mustafa