“Neftçi” heyətini yeni hücumçu ilə gücləndirib.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Neftçi” Lüksemburq millisinin futbolçusu Alessio Kurçini transfer edib.
23 yaşlı forvardla 3 illik müqavilə bağlanıb.
Futbol oynamağa vətənində başlayıb Almaniyada davam edən Kurçinin sonuncu klubu “Francs Borains” (Belçika) olub. O, milli komandasının heyətində 15 oyun keçirib, 1 qol vurub.
Qeyd edək ki, "Neftçi" bundan öncə Luis Ortis, Sessi DAlmeyda, Elvin Bədəlov, Murad Xaçayev, İqor Ribeyro, İmad Faraj, Freddi Varqas, Cordan Rezabala, Kristian Kostin və Kenan Piriçi də heyətinə qatıb.