AZ

“Qurbağa ritualı” faciəyə səbəb oldu

Almaniyada Amazon qurbağasının zəhəri ilə həyata keçirilən təmizlənmə ritualı 37 yaşlı polşalı qadının xəstəxanalıq olması ilə nəticələnib.

Publika.az xəbər verir ki, “Kambo ritualı” adlanan prosedur zamanı “Phyllomedusa bicolor” adlı qurbağanın ifrazatı dəridəki yanıq izlərinə tətbiq olunur.

Ritual zamanı qadında qıcolma, qusma və huşunu itirmə halları baş verib. O, əvvəlcə Almaniyada xəstəxanaya yerləşdirilib, sonra isə Polşada toksikologiya mərkəzinə köçürülüb. Həkimlər onun vəziyyətini “ağır, lakin stabil” olaraq qiymətləndiriblər.

Qeyd edək ki, qurbağanın ifraz etdiyi bu zəhərə qarşı heç bir təsdiqlənmiş antidot yoxdur. Bu tip ritualın ölüm riski də daşıdığı qeyd edilir. 2016-cı ildə başqa bir polşalı qadın da eyni ayindən sonra həyatını itirmişdi.

Seçilən
14
publika.az

1Mənbələr