AZ

Dünyanın ritmi pozuldu

ABŞ Prezidenti Donald Tramp Hindistandan idxal olunan mallara 20-25 faiz arasında gömrük tarifi tətbiq oluna biləcəyini açıqlayıb. O, qərarın hələ yekunlaşmadığını desə də, tərəflər arasında 1 avqustdan əvvəl ticarət razılaşması üçün danışıqların davam etdiyini bildirib.

Vaxt.az xəbər verir ki, Tramp bu fikirləri beş günlük Şotlandiya səfərindən qayıdarkən, "Air Force One" prezident təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, Hindistan ABŞ-ın dostudur, lakin yüksək tarif siyasəti ilə seçilir: "Hindistan yaxşı dostdur, amma demək olar ki, bütün ölkələrdən daha yüksək tariflər tətbiq edir. Bu, davam edə bilməz."

Tramp, jurnalistlərin "Hindistana qarşı 20-25 faizlik tarif realdırmı?" sualına isə qısa cavab verib: “Elə görünür.”

Bu bəyanat Hindistan üçün sürpriz olub. Belə ki, rəsmi Dehli Trampın İndoneziya və Filippin kimi ölkələrə təklif etdiyi 19 faizdən daha aşağı bir tariflə razılaşmağa ümid edirdi. Əgər ABŞ bu qərarı reallaşdırsa, Hindistanla münasibətlərdə ciddi iqtisadi gərginlik yarana bilər.

Seçilən
24
vaxt.az

1Mənbələr