AZ

İran səfirindən iranlı olimpiada iştirakçılarına təbrik

Yazını böyüt
Yazını kiçilt

İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu, ölkəmizdə keçirilən 2025-ci il Beynəlxalq İqtisadiyyat Olimpiadasında (IEO 2025) iştirak edən İran komandasının uğurunu təbrik edib.

Hafta.az-ın yazdığına görə, səfir komandanın üzvləri ilə görüşündə, İranın beynəlxalq elmi yarışlarda iştirakının əhəmiyyətinə toxunaraq, bu gəncləri İranın elm sahəsindəki fəxri adlandırıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, İranın milli olimpiada komandası – Əbulfəzl Mudir Rusta, Əlirza Əhmədi, Parsa Sədaqət, Məhəmməd Payəndə Peyman və Parsa Əjdəri – iki gümüş və iki bürünc medal qazanıb.

Seçilən
42
hafta.az

1Mənbələr