Türkiyənin Osmaniyə vilayətinin Kadirli rayonunda meyvə qiymətləri rekord həddə çatıb.
News24.az xəbər verir ki, əvvəllər kilo ilə alınan meyvələr, indi tək-tək satılır. Ən diqqətçəkən nümunə isə incirdir – bir ədəd incir 25 lirəyə (təxminən 1,30 AZN) satılır, kilosu isə 250 lirədir.
Seyyar satıcı İbrahim Cinli vəziyyətdən şikayətlənərək deyib:
“İncirin kilosunu 220 lirəyə alıram, 250 lirəyə satıram. Amma yenə də baha sayırlar. Vətəndaşlar yalnız bir dənə almağa güc tapır.”
Alıcılardan biri isə qiymətləri belə şərh edib:
“Bir incir iki çörək puluna bərabərdir. Mən yemirəm, yalnız bir dənə alacağam. Üç şaftalıya 75 lirə verdim, uşaqlarla bölüşdük.”
Mütəxəssislər bildirirlər ki, meyvə qiymətlərindəki bu artımın əsas səbəbi inflyasiya, alıcılıq qabiliyyətinin zəifləməsi və ziyai don səbəbilə məhsuldarlığın azalmasıdır. Artıq vətəndaşlar meyvəni kilo ilə deyil, ədəd ilə almağa məcbur qalır.

Xeyrənsə Piriyeva