AZ

Yeni sunami Yaponiyaya çatıb

Kamçatkada baş verən zəlzələ nəticəsində yaranan yeni sunami Yaponiyanın şimal-şərqində, Sakit okean sahillərinə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Qeyd olunur ki, İvatenin şimal-şərq prefekturasının Kuji limanında 1,3 m-lik dalğa qeydə alınıb. Tələfat və dağıntılar barədə məlumat verilmir.

Qeyd edək ki, Kamçatkada baş verən güclü zəlzələdən sonra 30-50 sm hündürlüyündə sunami Yaponiyanın bütün Sakit okean sahillərinə çatıb.

Seçilən
10
ucnoqta.az

1Mənbələr