AZ

"Sabah" - "Petrokub" matçına bilet satışı davam edir

“Sabah” və “Petrokub” klubları arasında Masazırda keçiriləcək Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçının biletləri hələ də satışdadır.

Sportal.az xəbər verir ki, hazırda “Bank Respublika Arena” stadionunda 8700 tamaşaçı tutumu olan qarşılaşmaya 4000-dən bir qədər çox bilet satılıb.

Sabah adıçəkilən arenada keçiriləcək "Sabah" - "Petrokub" matçına saat 20:00-da start veriləcək.

saytlarin hazirlanmasi

Seçilən
9
sportal.az

1Mənbələr