AZ

Azərbaycanda biznes kreditlərinin 46 %-i tam təminatlıdır

Bu il iyulun 1-nə Azərbaycanda biznes kreditlərinin 46 %-i tam təminatlı olub.

Azərbaycan Mərkəzi Bankının (AMB) statistikasına görə, bu, ötən il iyulun 1-i ilə müqayisədə 0,2 faiz bəndi azdır.

Son 1 ildə qismən təminatlı biznes kreditərinin xüsusi çəkisi 0,8 faiz bəndi azalaraq 32,6 %, təminatsız biznes kreditlərinin payı isə 1 faiz bəndi artaraq 21,4 % olub.

Hesabat tarixinə iri sahibkarlıq subyektlərinin kreditlərinin 45 %-i tam təminatlı (2,6 faiz bəndi çox), 38,8 %-i qismən təminatlı (0,6 faiz bəndi çox), 16,2 %-i təminatsız (3,2 faiz bəndi az), orta sahibkarlıq subyektlərinin kreditlərinin 47,1 %-i tam təminatlı (0,4 faiz bəndi az), 33,3 %-i qismən təminatlı (0,1 faiz bəndi çox), 19,6 %-i təminatsız (0,3 faiz bəndi çox) olub, kiçik sahibkarlıq subyektlərinin kreditlərinin 52,4 %-i tam təminatlı (1,8 faiz bəndi az), 26,4 %-i qismən təminatlı (0,9 faiz bəndi çox), 21,2 %-i təminatsız (0,9 faiz bəndi çox), mikro sahibkarlıq subyektlərinin kreditlərinin 35 %-i tam təminatlı (3,3 faiz bəndi az), 18,5 %-i qismən təminatlı (0,5 faiz bəndi az), 46,5 %-təminatsız (3,8 faiz bəndi çox) olub.

© “Report”

Seçilən
0
4
marja.az

5Mənbələr