AZ

Zəlzələ zamanı həkimlər görün nə etdilər - ANBAAN VİDEO

Ajans.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisənin görüntüləri ictimaiyyətə təqdim olunub. Məlumat Kamçatka vilayətinin səhiyyə naziri Oleq Melnikovun Telegram kanalında yayılıb. Kadrlarda dörd həkimin zəlzələ baş verdiyi anlarda xəstəni tutaraq vəziyyəti nəzarətdə saxladığı və əməliyyatı yarımçıq buraxmadığı əks olunub. Titrəyişlər səngidikdən sonra tibb heyəti müdaxiləyə davam edib. Qubernator Vladimir Solodov hadisəyə münasibət bildirərək, əməliyyat zamanı peşəkarlıq və soyuqqanlılıq göstərən tibb işçilərinin dövlət tərəfindən təltif ediləcəyini açıqlayıb. O, bununla bağlı müvafiq sənədlərin hazırlanmasını tapşırıb. “Bu cür fədakarlıq nümunələri yüksək dəyərləndirilməlidir. Həkimlərə göstərdikləri şücaətə görə minnətdarıq”, – deyə Solodov qeyd edib. Ajans.az sözügedən görüntüləri təqdim edir:

Seçilən
8
Ajans.az

1Mənbələr