AZ

Konfrans Liqası: “Sabah” – “Petrokub” oyununa 5 min bilet satılıb

Bakı, 30 iyul, AZƏRTAC

“Sabah”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldovanın “Petrokub” komandası ilə Bakıda keçirəcəyi cavab oyunu üçün satılan biletlərin sayı açıqlanıb.

Paytaxt təmsilçisinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, artıq 5000 bilet alınıb.

Məhdud sayda olan biletləri “Iticket.az”ın satış məntəqələrindən, “Bank Respublika Arena”nın kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, görüş iyulun 31-də “Bank Respublika Arena”da keçiriləcək. İlk matçda Bakı klubu 2:0 hesabı ilə qalib gəlib.

Seçilən
4
1
azertag.az

2Mənbələr