"Crocus City Hall" konsert zalına hücumla bağlı işin iştirakçılarından biri olan Umedjon Soliyev Tacikistan ərazisində ağır cinayət törətdikdən sonra Rusiyada gizlənirmiş.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "RIA Novosti" cinayət işinin materiallarına istinadən məlumat yayıb.
İstintaqın müəyyən etdiyinə görə, U.Soliyev 2023-cü ilin mart ayında Tacikistanda soyğunçuluq hücumu həyata keçirib. Tacikistan hüquq-mühafizə orqanları onu axtarışa verdikdən sonra U.Soliyev Rusiyaya qaçıb. O, Rusiya vətəndaşlığı almağı planlaşdırırmış, lakin sonradan radikal dini baxışların təsiri altına düşərək terror təşkilatının sıralarına qoşulmağa qərar verib.
Xatırladaq ki, 2024-cü il martın 22-də Krasnoqorskda yerləşən "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, terrorda 609 nəfər yaralanıb, 149 nəfər həlak olub. Terrordan sonra dörd icraçı - Muhammadsobir Fayzov (terror aktını təşkil edənin kiçik qardaşı), Dalercon Mirzoyev, Saidakrami Raçabalizodə və Şamsiddin Fariduni Ukraynaya qaçmağa cəhd ediblər, lakin Bryansk vilayətinin ərazisində saxlanılaraq Moskvaya aparılıblar. Daha sonra konsert zalına hücum edənlərin əlbirləri də tapılıb.
"Cebheinfo.az"