AZ

“Bulvarda kino axşamı” adlı layihə davam edir

Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi, C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə “Bulvarda kino axşamı” adlı layihə davam edir.

“Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, layihə çərçivəsində növbəti tədbir avqustun 2-də, Kino Günündə olacaq.

Bu dəfə kinosevərlər C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Əhməd haradadır?” filminə baxacaqlar.

Xatırladaq ki, layihə çərçivəsində iyulun 19-da keçirilən ilk təqdimatda C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Görüş” filmi nümayiş olunub. Nümayişdə yüzlərlə izləyici iştirak edib.

Tədbirdə “Azərbaycanfilm”in geyim və rekvizitləri, çəkiliş və texniki avadanlıqları da sərgilənib. Sərgini ziyarət edənlər sevdikləri film qəhrəmanlarının onlara tanış olan qiyafələrini və aksessuarlarını, eləcə də çəkiliş vaxtı istifadə edilən avadanlıqları maraqla izləyiblər.

Qeyd edək ki, layihənin məqsədi gənc nəslin vətənpərvərlik və milli ruhda maarifləndirilməsi, Azərbaycan kinosunu yalnız Bakı sakinlərinə deyil, şəhərimizdə qonaq olan turistlərə də tanıtmaqdır.

Seçilən
0
12
xalqqazeti.az

10Mənbələr