AZ

Nazirlikdən üzərlik bitkisi ilə bağlı xəbərdarlıq – Bu ölkələrdə həbs olunacaqsınız – SİYAHI

“Son zamanlar bəzi ölkələrin hüquq mühafizə orqanları tərəfindən üzərlik (Peganum harmala) bitkisi ilə sərhədi keçməyə cəhd edən şəxslərin saxlanılması halları artmaqdadır. Nəticədə həmin şəxslər barəsində inzibati və ya cinayət məsuliyyəti tədbirləri görülür”.

Heftelik.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, üzərlik bitkisi xalq təbabətində və mədəni-ritual ənənələrdə geniş istifadə olunsa da, onun tərkibindəki bəzi alkaloid maddələr – xüsusilə psixotrop təsirə malik olan harmalin, harmin və digər birləşmələr – bir sıra ölkələrdə dövriyyəsi məhdudlaşdırılan və ya tam qadağan olunmuş maddələr siyahısına daxildir: “Bununla əlaqədar olaraq, xarici ölkələrə səfər edən, eləcə də həmin ölkələrdən respublikamıza gələn vətəndaşlara üzərlik bitkisini, toxumlarını, ekstraktlarını və ya digər formalarını üzərlərində daşımamaq tövsiyə olunur. Bu, həmin ölkələrin qanunvericiliyində nəzərdə tutulan hüquqi məsuliyyət risklərindən yayınmaq baxımından mühüm əhəmiyyət kəsb edir”.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən üzərlik bitkisinin mənşəyi, kimyəvi tərkibi, hüquqi statusu və məsuliyyət doğuran halları ilə bağlı profilaktik tövsiyə hazırlanıb. Tövsiyənin hazırlanmasında məqsəd vətəndaşların təhlükəsizliyini təmin etmək, üzərlik bitkisi ilə xarici ölkələrə səfər edərkən, eləcə də həmin ölkələrdən respublikamıza gələrkən hüquqi məsuliyyət doğura biləcək halların qarşısını qalmaq üçün ictimai maarifləndirmə aparmaqdır.

Hüquqi məsuliyyət riski baxımında üzərlik bitkisinin dövriyyəsinin sərbəst və qadağan olunduğu ölkələri aşağıdakı kimi qruplaşdırmaq mümkündür:

 

Sıra

ÖlkəDövriyyənin xüsusiyyətiQeydlər
1.ABŞÜzərlik      bitkisi      sərbəstdir,      lakin     onun

ekstraktlarının    idxalı,    istehsalı    və     satışı

məhdudlaşdırılıb.

 
2.AvstraliyaÜzərlik    bitkisi    qadağan   olunan   psixotrop

maddələrin siyahısına daxildir.

 
3.Almaniya Federativ

Respublikası

Üzərlik      bitkisi      sərbəstdir,      lakin     onun

ekstraktlarının    idxalı,    istehsalı    və     satışı

məhdudlaşdırılıb.

 
4.Latviya

Respublikası

Üzərlik      bitkisi      sərbəstdir,      lakin     onun

ekstraktlarının    idxalı,    istehsalı    və     satışı

məhdudlaşdırılıb.

 
5.Litva RespublikasıÜzərlik    bitkisi    qadağan   olunan   psixotrop

maddələrin siyahısına daxildir.

 

 

 

6.Türkiyə RespublikasıÜzərlik      bitkisi      sərbəstdir,      lakin     onun

ekstraktlarının    idxalı,    istehsalı    və     satışı

məhdudlaşdırılıb.

 
7.Portuqaliya

Respublikası

Üzərlik qadağan olunan psixotrop maddələrin

siyahısına daxildir.

 
8.Belçika KrallığıÜzərlik      bitkisi      sərbəstdir,      lakin     onun

ekstraktlarının    idxalı,    istehsalı    və     satışı

məhdudlaşdırılıb.

 
9.Polşa RespublikasıÜzərlik      bitkisi      sərbəstdir,      lakin     onun

ekstraktlarının    idxalı,    istehsalı    və     satışı

məhdudlaşdırılıb.

 
10.Moldova

Respublikası

Üzərlik qadağan olunan psixotrop maddələrin

siyahısına daxildir.

 
11.Estoniya

Respublikası

Üzərlik      bitkisi      sərbəstdir,      lakin     onun

ekstraktlarının    idxalı,    istehsalı    və     satışı

məhdudlaşdırılıb.

 
12.UkraynaÜzərlik qadağan olunan psixotrop maddələrin

siyahısına daxildir.

 
13.İsrailÜzərlik      bitkisi      sərbəstdir,      lakin     onun

ekstraktlarının    idxalı,    istehsalı    və     satışı

məhdudlaşdırılıb.

 
14.Rusiya

Federasiyası

Üzərlik qadağan olunan psixotrop maddələrin

siyahısına daxildir.

 
15.GürcüstanÜzərlik    bitkisi    qadağan   olunan   psixotrop

maddələrin siyahısına daxildir.

 
16.Belarus

Respublikası

Üzərlik qadağan olunan psixotrop maddələrin

siyahısına daxildir.

 
17.Tacikistan

Respublikası

Üzərlik qadağan olunan psixotrop maddələrin

siyahısına daxildir.

 
18.Qırğız

Respublikası

Üzərlik bitkisinin dövriyyəsi sərbəstdir. 
19.Birləşmiş            Ərəb ƏmirliyiÜzərlik bitkisinin dövriyyəsi sərbəstdir, lakin onun ekstraktlarının idxalı, istehsalı və satışı

məhdudlaşdırılıb.

 
20.Çin                    Xalq

Respublikası

Üzərlik      bitkisi      sərbəstdir,      lakin     onun

ekstraktlarının    idxalı,    istehsalı    və     satışı

məhdudlaşdırılıb.

 

 

 

Seçilən
7
31
heftelik.az

10Mənbələr