AZ

Sunami Havay sahillərinə çatdı, Yaponiyada isə maksimum hündürlük qeydə alındı

Kamçatkada baş verən zəlzələdən sonra sunami ABŞ-nin Havay sahillərinə çatıb.

MilliYol.az TASS-a istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar üzrə yerli xidmətlər məlumat yayıb.

Yaponiyada isə sunaminin bu saata qədər qeydə alınmış maksimum hündürlüyü 1,3 metr təşkil edib. Bu barədə ölkənin baş Meteorologiya İdarəsi məlumat yayıb.

Ölkənin şimal-şərqində yerləşən İvate prefekturasındakı Kudzi limanında 1,3 metr hündürlüyündə sunami qeydə alınıb.

Kamçatkada baş verən zəlzələdən sonra Yaponiyada əvvəlcə xəbərdarlıq, daha sonra sunami təhlükəsi elan edilib. Əksər bölgələrdə təxminən 3 metr hündürlüyündə sunami gözlənilirdi. İndiyə qədər Yaponiya sahillərində sunaminin hündürlüyü 40-30 santimetr təşkil edib.

Yaponiya Baş nazirinin ofisi nəzdində böhran qərargahı yaradılıb. Bir sıra avtomobil və dəmir yollarında hərəkət dayandırılıb, ölkənin şimal-şərqindəki Senday hava limanının uçuş-enmə zolağı bağlanıb. Ən azı 356 min nəfərin təxliyəsi elan edilib.

Seçilən
5
46
milliyol.az

10Mənbələr