AZ

"Qarabağ" məzmunlu oyunla yenə qələbə qazanacaq" - Nadir Nəbiyev

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" bu gün 2-ci təsnifat mərhələsinin cavab oyununda "Şelburn"la qarşılaşacaq. "Köhlən atlar" İrlandiya təmsilçisini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. 
Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Nadir Nəbiyevlə əlaqə saxlayıb oyun barədə fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Qarabağ" demək olar ki, mərhələni keçib. Buna baxmayaraq, yenə də öz oyununu oynayacaq. Əvvəllər də görmüşük ki, "Qarabağ" oyundan oyuna daha yaxşı təsir bağışlayır. Komandanın optimal formada olmaması normaldır. Yeni qoşulan futbolçular uygunlaşdıqdan sonra tam fərqli bir komanda görə bilərik. Onu da deyim ki, yenilərin hələ bir oyunlarını görmüşük. Ancaq demək olar ki, komandaya xeyir verə biləcək faydalı transferlərdir. 
Hesaba gəlincə, təxminim barədə nəsə deyə bilməyəcəm. Amma inanıram ki, "Qarabağ" məzmunlu oyunla yenə qələbə qazanacaq".

Qeyd edək ki, ötən həftə İrlandiyada 3:0 hesabı ilə qalib gələn "Qarabağ"ın "Şelburn"la cavab görüşü saat 20.00-da start götürəcək.

Mirağa

Seçilən
11
fanat.az

1Mənbələr