AZ

Trampdan Havay üçün sunami xəbərdarlığı

ABŞ Prezidenti Donald Tramp Sakit Okeanda baş vermiş güclü zəlzələ səbəbilə Havay adalarında yaşayanlar üçün Sunami Xəbərdarlığının qüvvəyə mindiyini elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Trump, "Truth Social" hesabında mövzu ilə bağlı paylaşım edib.

O, Alyaska və ABŞ-nin Sakit okean sahilləri üçün "Sunami İzləmə" vəziyyətinin keçərli olduğunu, Yaponiyanın da təhlükə altında olduğunu qeyd edib.

Tramp baş verən zəlzələyə görə Havayda yaşayanlara xəbərdarlıq edildiyini bir daha vurğulayıb.

Ən son məlumatlar üçün vətəndaşlara "tsunami.gov" saytını ziyarət etməyi tövsiyə edən Trump qeyd edib: "Güclü və təhlükəsiz qalın" sözlərini işlədib.

Seçilən
45
operativmm.az

1Mənbələr