2025-ci ilin yanvar-iyun aylarında müsabiqə əsaslı satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilən məbləğ ötən ilin müvafiq dövrünə nəzərən 38,6 faiz artaraq 329 milyon manat təşkil edib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, qənaət məbləği dövlət satınalmaları sahəsində maliyyə səmərəliliyinin və rəqabət qabiliyyətinin əsas göstəricilərindən biri olmaqla, təsdiq edilmiş müsabiqə əsaslı satınalmalar üzrə ehtimal olunan qiymətlərlə həmin satınalmalarda qalib gələn təchizatçıların təklif etdiyi qiymətlər arasındakı fərq hesabına formalaşır.
Açıq tenderlər vasitəsilə qənaət edilən məbləğ 314,7 milyon manat, kotirovka sorğuları üzrə isə 14,4 milyon manat təşkil edib.