AZ

ABŞ-nin ən böyük dəmir yolu operatorları $85 milyardlıq birləşmə elan edib

Amerikanın “Union Pacific” və “Norfolk Southern” dəmir yolu şirkətləri ABŞ-də ilk transkontinental dəmir yolu operatorunu yaratmaq üçün birləşmək barədə razılığa gəliblər. Qərar tənzimləyici orqanlar tərəfindən təsdiqlənərsə, bu, ABŞ-nin dəmir yolu sektoru tarixində 85 milyard dollar dəyərində ən böyük birləşmə olacaq. Məlumata görə, birləşmiş şirkətin bazar dəyəri 250 milyard dolları keçəcək.

Razılaşmanın şərtlərinə əsasən, “Union Pacific” şirkəti “Norfolk Southern”in hər bir səhminə görə 320 dollar ödəyəcək. Müqavilə nəticəsində 43 ştatı əhatı edən 50 min mil dəmiryolunu idarə edəcək bir şirkət yaranacaq.

1862-ci ildə qurulan “Union Pacific” bu gün gəlirinə görə (ildə 24.3 milyard dollar) Şimali Amerikanın ən böyük dəmir yolu operatorudur. “Norfolk Southern”in illik gəliri 12.1 milyard dollardır. “Union Pacific” və “Norfolk Southern” səhmləri birləşmə xəbəri fonunda 2.8% ucuzlaşıb.

Seçilən
19
banker.az

1Mənbələr