Ağcabədi. Trend:
29.07.2025-ci il tarixində saat 11:30 radələrində Ağcabədirayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan1960-cı il təvəllüdlü (kişi) şəxs Ağcabədi Rayon MərkəziXəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Trend-in sorğusunacavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilir ki, kəllə sümüklərinin yerdəyişən sınığı, çənə vəalın dibində hematoma, başın sıyrılmış açıq yarası diaqnozu təyinedilən yaralıya ilkin tibbi yardım göstərilib və tibb müəssisəsininReanimasiya şöbəsinə yerləşdirilib:
"Hazırda pasiyentin vəziyyəti ağır qiymətləndirilir".
xxx
11:42
Ağcabədidə yol-nəqliyyat hadisəsi zamanı sürücü ağır xəsarətalıb.
Trend-in yerlimüxbirinin xəbərinə görə, hadisə Ağcabədi şəhər ərazisində başverib.
Belə ki, Munis İbrahimov idarə etdiyi "VAZ"2106 markalı 02 BZ936 dövlət nömrəli avtomobil ilə hərəkətdə olarkən idarəetməniitirib.
Nəticədə avtomobil yol kənarındakı beton səddə və işıq dirəyinəçırpılıb.
Qəza zamanı sürücü M.İbrahimov müxtəlif dərəcəli xəsarət alaraqAğcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.