AZ

Malta Fələstinin müstəqilliyini tanıyır

Malta BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasında Fələstin dövlətini tanıdığını elan edəcək. “Vətəninfo.az xəbər verir ki , bu barədə ölkənin baş naziri Robert Abela məlumat verib.

“Hökumət sentyabrda keçiriləcək BMT Baş Assambleyasının iclası zamanı ölkəmizin Fələstin Dövlətini tanıması ilə bağlı qərar qəbul edib… Bizim mövqeyimiz Yaxın Şərqdə davamlı sülhə nail olmaq üçün səylərə sadiqliyimizi əks etdirir”, – baş nazir özünün Facebook səhifəsində yazıb.

Abela əlavə edib ki, Maltanın xarici işlər naziri BMT-nin Yaxın Şərq böhranının iki dövlətli həlli ilə bağlı Nyu-Yorkda keçirilən konfransı zamanı ölkənin qərarını açıqlayacaq.

İyulun 29-da Böyük Britaniyanın baş naziri Keir Starmer İsrailin Qəzzada atəşkəslə razılaşmaması və uzunmüddətli sülhə doğru addımlar atması halında ölkənin sentyabrda Fələstin Dövlətini tanıyacağını açıqlayıb. 

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron ölkənin BMT Baş Assambleyası zamanı Fələstin Dövlətini rəsmən tanıyacağını açıqlamışdı.

Seçilən
12
veteninfo.az

1Mənbələr