AZ

Qarabağın dirçəliş strategiyasının canlı nümunəsi!

236 nəfər Xıdırlıdadır...
Demək olar ki, hər gün keçmiş məcburi köçkünlərimizin dədə-baba yurdlarına qayıtdıqlarına şahid oluruq. İşğaldan azad olunan ərazilərimiz arasında Ağdam şəhəri xüsusi yer tutur. Çünki bu şəhər vaxtilə ermənilər tərəfindən xüsusi amansızlıqla dağıdılmışdı. Ağdam eyni zamanda 44 günlük Vətən müharibəsi zamanı bir güllə atılmadan qaytarılan ərazilərimizdən biri idi. 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən şəhərin Baş Planı təsdiqlənib. O tarixdən bəri Ağdam “ağıllı infrastruktur”, “yaşıl enerji”, ekoloji davamlılıq prinsipləri üzərində yenidən qurulur.
Mühüm işlər görülür...
Bu gün öz sakinlərini yeni bir ab-hava ilə qarşılayan bölgələrimizdən biri ?? Ağdamın Xıdırlı kəndidir. Xıdırlı kəndi Qarabağın dirçəliş strategiyasının canlı nümunəsidir. Tikilən hər bir ev, çəkilən yollar, əkilən ağaclar bu torpaqlarda yenidən həyatın başladığını göstərir.
Xatırladaq ki, kəndin təməlqoyma mərasimi 2022-ci ilin oktyabrında keçirilib və həmin mərasimdə Prezident İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva şəxsən iştirak ediblər. Ümumi ərazisi 417 hektardan çox olan Xıdırlı kəndi iki mərhələdə salınır. Hər şey planlı, mərhələli və gələcək nəsilləri də nəzərə alaraq layihələndirilib.
Layihəyə əsasən, birinci və ikinci mərhələ üzrə ümumilikdə 6 minə yaxın insanın, yəni 1498 ailənin Xıdırlıya köçürülməsi nəzərdə tutulur.
Hazırda həyata keçirilən birinci mərhələnin ərazisi 170 ??? 44 hektardır. Bu mərhələdə artıq 719 fərdi evin tikintisi başa çatdırılıb. Evlərin planlaşdırılması da ailələrin ehtiyacları nəzərə alınaraq həyata keçirilib: 263-ü ikiotaqlı, 332-si üçotaqlı, 121-i dördotaqlı, və 3-ü isə beşotaqlıdır. Bu evlər müasir memarlıq üslubunda, rahatlıq və enerjiyə qənaət prinsipləri əsasında inşa edilib.
Xıdırlı müasir kənd modeli kimi qurulur
Qeyd edək ki, Xıdırlıda həyata keçirilən quruculuq təkcə fərdi evlərlə məhdudlaşmır. Bu kənd müasir kənd modeli kimi qurulur. Burada çoxfunksiyalı inzibati bina, klub-icma mərkəzi, tibb məntəqəsi, təcili tibbi yardım bölməsi, həmçinin təhsil və səhiyyə işçiləri üçün müvəqqəti qonaq evi, məişət xidməti obyekti, emalatxana, tam orta məktəb və körpələr evi-uşaq bağçası da tikilib.
Bu infrastruktur yeni sakinlərin gündəlik həyatını rahat və təhlükəsiz şəkildə davam etdirməsi üçün hər cür şərait yaradır. Xidmət sektoru, təhsil və səhiyyə sahələri, ictimai məkanların hamısı yenidən dizayn olunub və müasir standartlara uyğunlaşdırılıb.
Həmçinin Xıdırlı kəndinin layihəsində ekoloji tarazlığa da xüsusi diqqət yetirilib. Kəndin ərazisinin təxminən 20 faizi yaşıllıqlardan ibarətdir. Bu yaşıl zonalar təkcə kəndin gözəlliyinə xidmət etmir, eyni zamanda sakinlər üçün istirahət məkanları və ekoloji sağlam mühit formalaşdırır. Geniş bulvar, ağaclar və bəzək kolları ilə bəzədilmiş park sahələri kəndin gələcəyini daha da ümidverici edir.
Daha 60 ailənin sevinci...
İşğaldan azad olunmuş torpaqlara “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlara dönüşü davam edir. Dünən respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə yola salınıb. Bu mərhələdə 60 ailə olmaqla, 236 nəfər keçmiş məcburi köçkün doğma yurduna
qovuşub.
Ailələrə evlərinin açarlarının təqdimatı mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Yeganə BAYRAMOVA

Seçilən
18
yeniazerbaycan.com

1Mənbələr