AZ

Azərbaycan klubu daha bir basketbolçu ilə müqaviləni yeniləyib

Bakı, 30 iyul, AZƏRTAC

Yeni mövsümdə Azərbaycanı Avropa Kubokunda təmsil edəcək “Abşeron Lions" klubu basketbolçusu Ceylen Şou ilə müqavilənin müddətini uzadıb.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, 25 yaşlı amerikalı basketbolçu ilə 1 illik yeni müqavilə imzalanıb.

Bakı klubu daha əvvəl ABŞ-dan olan digər oyunçu Obri Makelpi ilə müqaviləni yeniləyib.

Qeyd edək ki, “Abşeron Lions” ilk təsnifat mərhələsində Kiprin "Anortosis" klubunu məğlub edəcəyi halda, H qrupunda "Kasademont" (Saraqosa, İspaniya), "Falko" (Macarıstan) və "Bakken Bears" (Danimarka) komandaları ilə mübarizə aparacaq. Avropa Kubokunda təsnifat mərhələsinin oyunları 24 sentyabr və 1 oktyabrda təşkil olunacaq.

Seçilən
19
azertag.az

1Mənbələr