Rusiya Hərbi Kosmik Qüvvələri Ukraynanın Çerniqov vilayətinə “İsgəndər-M” raketləri vasitəsilə zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, hədəfdə Ukrayna ordusunun 169-cu dislokasiya düşərgəsi olub.
Raket hücumu nəticəsində xeyli sayda ölü və yaralının olduğu qeyd edilib.
Ukrayanın UNİAN İnformasiya Agentliyi də məlumatı təsdiqləyib.