AZ

Nazim Sadıxov: "UFC-yə gəlməzdən əvvəl təxminən 15 il qatı fanat olmuşam" – VİDEO

Bakıda keçirilən UFC turnirinin iştirakçısı Nazim Sadıxov izləyicilərinin suallarını cavablandırıb.

İdman.biz xəbər verir ki, ABŞ-də yaşayan həmyerlimiz döyüşləri tez-tez izləyib-izləməməsi ilə bağlı danışıb.

Sadıxov UFC-yə uzun müddətdir maraq göstərdiyini bildirib: “Döyüşləri çox tez-tez izləyirəm, illərdir belədir. Andrey Orlovski kimi döyüşçülərin qarşılaşmalarını izləmişəm. Yaxınlarda müsahibə verdim. Elə adları müzakirə edirdik ki, hazırkı azarkeşlər ümumiyyətlə tanımır – Orlovski, Bi Cey Penn, Omar Suloyev, Taxtarov. Mən əslində qatı fanat olmuşam. UFC-yə keçməzdən əvvəl təxminən 15 il onun azarkeşi olmuşam”.

O, UFC-də "Top-15" döyüşçülərlə nə vaxt döyüşəcəyi ilə bağlı sualı da cavablandırıb: "Düzünü desəm, hələ ki, bilmirəm. "Top-15"ə hazıram. Həm də çıxıb elitaya layiq olduğumu bir daha sübut etmək istəyirəm. Nə olursa olsun, "Qara canavar" iş başındadır".

İdman.biz

Məqalədə:
Seçilən
5
idman.biz

1Mənbələr