Bakı, 30 iyul, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) tələbə və məzunların karyera imkanlarının genişləndirilməsi məqsədilə Karyera və Məzunlar Mərkəzinin açılışı olub.
Bu gün BANM məzunlarının iş tapma göstəricisinə görə ölkədə l yerdədir.
Bu barədə AZƏRTAC-a ali məktəbdən məlumat verilib.
Açılışda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev gənclərin məşğulluğunun təşviqi və universitet-sənaye əməkdaşlığının gücləndirilməsinin önəmini vurğulayıb.
SOCAR-ın İnsan kapitalının inkişafı və funksional mükəmməllik departamentinin rəisi Tural Məmmədov tədbirdə çıxış edərək, Mərkəzin tələbə və məzunlara karyera dəstəyi və peşəkar inkişaf üçün geniş imkanlar yaradacağını deyib.