AZ

"Fukusima" AES-in işçiləri təxliyə olunublar - SƏBƏB

Kamçatka açıqlarında baş verən zəlzələdən sonra Yaponiyanın şimal-şərqində yerləşən "Fukusima" atom elektrik stansiyasının (AES) işçiləri ölkə səviyyəli sunami xəbərdarlıqları səbəbindən təxliyə edilib.

"Cebheinfo.az" xəbər verir ki, ilk sunami dalğaları şimaldakı Hokkaydo şəhərinə çatıb, dalğa hündürlüyü 30 sm olaraq açıqlanıb.

Fukusima Daiiçi atom elektrik stansiyasının işlədən Tokio Elektrik Enerjisi Şirkəti (TEPCO), bütün işçilərin təxliyə edildiyini və indiyədək hər hansı bir anormallığın qeydə alınmadığını bildirib.

Seçilən
10
cebheinfo.az

1Mənbələr