Donald Tramp Rusiyaya verdiy 50 günlük vaxtı 10-12-günə endirdi...
Politoloq: “Məsələ ondadır ki, Rusiya iqtisadiyyatı uzun illərdir Qərbin sanksiyaları və neft qiymətlərində dalğalanmalara məruz qalır. Əslində bu səbəbdən ölkənin iqtisadi sistemində sanksiyalara qarşı müəyyən mexanizmlər formalaşdırıb”.
“İkinci dərəcəli tariflər təkcə ABŞ-nin deyil, digər böyük bazarların, xüsusən Avropa İttifaqı, Yaponiya və Kanadanın da dəstəyi ilə uğurlu ola bilər”.
Bu sözləri politoloq Turan Rzayev Trampın Rusiyaya verdiyi vaxtda nələrin baş verə biləcəyini Poliqon-a şərh edərkən qeyd edib.
Donald Tramp dünən Rusiyaya verdiy 50 günlük vaxtı 10-12-günə endirdiyini və yaxın vaxtlarda Rusiyaya qarşı ikitərəfli sanksiyalar tətbiq edəcəyini bildirdi.
Bəs, Rusiya iqtisadiyyatı, xüsusən də enerji sektoru ikitərəfli sanksiyalara, yəni ikinci dərəcəli tariflərin Rusiya neftini alan digər ölkələrə, o cümlədən Çin və Hindistana qarşı tətbiqi və buölkkərinRusiya nftidn mtina edəcəyi şəraitində tab gətirə biləcək? Gözlənilən sanksiyalar tətbiq edilərsə, Rusiya iqtisadiyyatı və müdafiə qüdrəti çökə bilərmi?
Poliqon-nun əməkdaşı Rusiyanın Trampın təhdidləri qarşısında üzləşdiyi vəziyyəti politoloq Turan Rzayev ilə müzakirə edib.
Turan Rzayev: “Bu sanksiyalar Rusiyanın ticarət və maliyyə əlaqələrini ciddi şəkildə məhdudlaşdıra, xarici investisiyaları azalda və valyuta ehtiyatlarının azalmasına da gətirib çıxara bilər”.
Rusiyanın müdafiə qabiliyyətinin də neftdən əldə olunan gəlirdən çox asılı olduğunu xatırladan politoloq Poliqon-a açqlamaında qeyd edib ki, enerji gəlirlərinin azalması müdafiə xərclərinin məhdudlaşdırılmasına, silahlanma proqramlarının ləngiməsinə və texnoloji inkişafların dayandırılmasına səbəb ola bilər. Hər şeydən əvvəl Rusiya büdcəsində böyük çatışmamazlıqlar yaranacaq ki, bu da bütün sahələrə, o cümlədən social xərclərə sirayət edəcək:
“İkitrəfli sanksiyalar həm ABŞ, həm də digər ölkələrin Rusiyaya qarşı birgə, koordinasiya olunmuş iqtisadi, maliyyə və ticarət məhdudiyyətləri Rusiyanın iqtisadi fəaliyyətinə əhəmiyyətli təsir göstərə bilər. Məsələ ondadır ki, Rusiya iqtisadiyyatı uzun illərdir Qərbin sanksiyaları və neft qiymətlərində dalğalanmalara məruz qalır. Əslində bu səbəbdən ölkənin iqtisadi sistemində sanksiyalara qarşı müəyyən mexanizmlər formalaşdırıb. Bununla belə, Rusiya iqtisadiyyatının əsas gəlir mənbəyi olan enerji sektoru neft və təbii qaz ixracı sanksiyalardan ən çox zərər çəkə biləcək sahədir. Enerji sektoruna qarşı genişmiqyaslı məhdudiyyətlər, xüsusilə ixrac kanallarının bağlanması, Rusiya üçün ciddi maliyyə itkiləri və büdcə kəsirinə səbəb ola bilər. Yəni Çin və Hindistan kimi qlobal alıcılar Rusiya neftindən imtina edərlərsə, Rusiya iqtisadiyyatında ciddi çatlar əmələ gələcək və məncə bu qaçınılmaz görünür. Lakin bu sanksiyalar ABŞ üçün də nəticəsiz ötüşməyə bilər. Çünki neftin qiymətinin artması ABŞ-də inflaysiyanı sürətləndirər ki, Tramp adminstrasiyası çətin ki, inflyasiyanın yaratdığı təzyiqlərə tab gətirə bilsin. Ona görə də Trampın belə bir qərar verəcəyini söyləmək hələ tezdir.
İkitərəfli sanksiyalar təkcə ABŞ-nin deyil, digər böyük bazarların, xüsusən Avropa İttifaqı, Yaponiya və Kanadanın da dəstəyi ilə daha uğurlu ola bilər və düşünürəm ki, qlobal bazarlar Trampın sanksiyalarını müdafiə edəcəklər. Bu halda ikitərəfli sanksiyalar Rusiyanın ticarət və maliyyə əlaqələrini ciddi şəkildə məhdudlaşdıra, xarici investisiyaları azalda və valyuta ehtiyatlarının azalmasına da gətirib çıxara bilər.
Turan Rzayev: “ Çinin birbaşa və açıq dəstəyi olmazsa, Rusiyanın Ukraynada nəinki uğur qazanması, hətta hazırkı cəbhə xəttini qoruyub saxlaması imkansız olacaq”.
Rusiyanın müdafiə qabiliyyəti də negt gəlirləri ilə sıx bağlıdır. Enerji gəlirlərinin azalması müdafiə xərclərinin məhdudlaşdırılmasına, silahlanma proqramlarının ləngiməsinə və texnoloji inkişafların dayandırılmasına səbəb ola bilər. Hər şeydən əvvəl Rusiya büdcəsində böyük çatışmamazlıqlar yaranacaq ki, bu da bütün sahələrə, o cümlədən sosial xərclərə sirayət edəcək Eyni zamanda, sanksiyalar yüksək texnologiyalı məhsulların, o cümlədən hərbi texnologiyanın idxalına maneələr yarada bilər ki, bu da hərbi sənaye kompleksinin fəaliyyətinə mənfi təsir göstərəcək.
Hesab edirəm ki, Hindistan və Çin Rusiya neftindən imtina edərlərsə, Rusiya iqtisadiyyatı və müdafiə qüdrəti ikitərəfli sanksiyalara qarşı müəyyən müddət dayana bilər, lakin uzunmüddətli, koordinasiya olunmuş və sərt sanksiyalar onun iqtisadi strukturunda, xüsusilə enerji sektorunda ciddi itkilərə səsbəb olaraq, Rusiya iqtisadiyyatında kollaps yarada bilər. Bu isə son nəticədə müdafiə qabiliyyətinin zəifləməsi ilə nəticələnə bilər. Əlbəttə, bütün bunlar sanksiyaların miqyasından, tətbiqindəki effektivlikdən və Rusiya hökumətinin cavab tədbirlərindən, ən əsası isə ikitərəfli sanksiyaların tətbiqi zamanı Çin və Hindistanın verəcəkləri qərarlardan asılı olacaq. Bu halda Çinin bibaşa və açıq dəstəyi olmazsa, Rusiyanın Ukraynayada nəinki uğur qazanması, hətta hazırkı cəbhə xəttini qoruyub saxlaması imkansız olacaq".
Nərminə UMUDLU
Poliqon.info