ABŞ-da keçirilən sorğulara görə, İsrailin baş naziri Binyamin Netanyahu haqqında mənfi fikirdə olanların faizi artır.
Turkustan.az xəbər verir ki, bu yaxınlarda ABŞ-da aparılan sorğu göstərdi ki, Amerika ictimaiyyətinin yarıdan çoxu İsrailin baş naziri Benyamin Netanyahuya mənfi baxır, onun oradakı imici bütün zamanların ən aşağı həddə çatıb.
Amerikanın “Gallup” sorğu şirkəti tərəfindən aparılan son sorğu göstərib ki, həm İsrailin Qəzzadakı soyqırımına, həm də Netanyahuya ABŞ-da dəstək əhəmiyyətli dərəcədə azalıb.
Sorğunun nəticələrinə görə, amerikalı böyüklərin 52 faizi İsrailin baş naziri Benyamin Netanyahuya “mənfi” fikirdə olduqlarını, yalnız 29 faizi isə ona müsbət baxdığını bildirib.
Gallup bunun Netanyahunun 1997-ci ildə firmanın sorğularına ilk dəfə daxil edildiyindən bəri ən mənfi reytinq olduğunu söylədi.
Aytən Yaşar/ Turkustan.az