“Səbail”dən ayrılan Süleyman Alluşun yeni ünvanı məlum olub.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “MAS Fes”ə keçib. Bu barədə Mərakeş klubunun mətbuat xidməti məlumat yayıb. Alluşla 3 illik müqavilə imzalanıb.
23 yaşlı futbolçu 2024-cü ilin yayından “Səbail”də çıxış edirdi. O, Premyer Liqada 32 oyunda 4 qol vurub.