AZ

Alvaro Morata “Qalatasaray”ın məşqlərini boykot edib

Bakı, 30 iyul, AZƏRTAC

Türkiyənin "Qalatasaray"ın klubunun futbolçusu Alvaro Morata komandanın ötən gün keçirilən məşqlərinə qatılmayıb.

AZƏRTAC Türkiyə mətbuatına istinadən xəbər verir ki, ispaniyalı hücumçu İstanbul təmsilçisinin onun İtaliyanın “Komo” klubuna keçidinə icazə verməsini gözləyir.

“Qalatasaray” isə “Milan”dan icarəyə götürdüyü və 2026-cı ilin yanvar ayınadək müqaviləsi olan 32 yaşlı forvardı havayı buraxmaq istəmir. Türkiyə klubu sözləşməyə vaxtından əvvəl xitam verilməsi üçün 6 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, bu ilin yanvarında “Qalatasaray”a keçən Alvaro Moratonun “Milan”la 2029-cu ilin yayına qədər müqaviləsi var. Təcrübəliu futbolçu ötən mövsümün ikinci hissəsində İstanbul təmsilçisinin heyətində 12 oyun keçirib, 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
3
3
azertag.az

4Mənbələr