AZ

İndoneziyada sunami həyəcanı elan olunub

Bakı. Trend:

Rusiya Federasiyasının Kamçatka yarımadasında baş verən güclüzəlzələlərdən sonra İndoneziya höküməti sakinləri sunami təhlükəsiilə bağlı xəbərdar edib.

Trend xəbər verirki, bu barədə İndoneziyanın meteorologiya, iqlimşünaslıq vəgeofizika agentliyi məlumat yayıb.

Məlumata görə, zəlzələdən sonra ada ölkənin sahilyanıərazilərində 50 sm-ə qədər hündürlükdə sunami baş verə bilər.

Qurum həmin ərazilərdə yaşayan sakinləri təşvişə düşməməyə vənövbəti bildirişə qədər sahil xəttinə yaxınlaşmamağa çağırıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Kamçatkada 8,7 balgücündə zəlzələ və ümumilikdə 30 yaxın güclü yeraltı təkan başverib.

Məqalədə:
Seçilən
12
az.trend.az

1Mənbələr