AĞCƏBƏDİ, 30 iyul. TELEQRAF
Ağcabədidə yol-nəqliyyat hadisəsi zamanı sürücü ağır xəsarət alıb.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə Ağcabədi şəhər ərazisində baş verib.
Belə ki, Munis İbrahimov idarə etdiyi "VAZ 2106" markalı 02 BZ 936 dövlət nömrəli avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil yol kənarındakı beton səddə və küçəni işıqlandıran işıq dirəyinə çırpılıb.
Qəza zamanı sürücü M.İbrahimov müxtəlif dərəcəli xəsarət alaraq, Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.